Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb.
“Report”un Qərb bürosunun məlumatına görə, Hunanlar kəndində avtomobillə Kür çayında batanlardan birinin meyiti tapılıb.
Meyit tibbi ekspertizaya aparılıb. Tapılan meyitin 1989-cu il təvəllüdlü Tural Quliyevə məxsus olduğu ehtimal olunur.
Digər iki nəfərin axtarışları isə davam etdirilir.
Xatırladaq ki, "VAZ-2107" markalı avtomobilin Kür çayına aşması nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çaya düşüb. Onlardan yalnız T.İbrahimov çaydan çıxa bilmişdi.