Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, 2006-cı il təvəllüdlü Lalə Ələsgərovanı yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti qənaətbəxş sayılır.
Faktla bağlı araşdırma aparılır.