Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb

Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayonun Əyyublu kəndi  ərazisində yerləşən “EL” restoranında  toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub
Hadisə
13 Mart , 2021 13:11
Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb

Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayonun Əyyublu kəndi ərazisində yerləşən “EL” restoranında toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, restoranın xidmət personalı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 8 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında, obyekt sahibi isə 4 000 manat miqdarında cərimə edilib.

Son xəbərlər

Orphus sistemi