Türkiyə Prezident Administrasiyasının rəsmisi Azərbaycana başsağlığı verib

Türkiyə Prezident Administrasiyasının rəsmisi Azərbaycana başsağlığı verib Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Hadisə
30 Noyabr , 2021 22:50
Türkiyə Prezident Administrasiyasının rəsmisi Azərbaycana başsağlığı verib
0 : 00
0 : 00

Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

“Report” xəbər verir ki, Prezident Administrasiyasının rəsmisi bununla bağlı özünün tviterdəki hesabında yazıb.

“Can Azərbaycanda bu gün hərbi helikopter qəzasında şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”, - İsmail Demir sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Son xəbərlər

Orphus sistemi