Türkiyə və Azərbaycan yanğınsöndürənləri Dənizli bölgəsindəki yanğını söndürüb

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Dənizli bölgəsindəki yanğını söndürüb "Prezident İlham Əliyevin göstərişi ilə Türkiyədə baş verən yanğınlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən iki mərhələli - insan və texnika yardımı göstərilib".
Hadisə
4 Avqust , 2021 15:32
Türkiyə və Azərbaycan yanğınsöndürənləri Dənizli bölgəsindəki yanğını söndürüb

"Prezident İlham Əliyevin göstərişi ilə Türkiyədə baş verən yanğınlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən iki mərhələli - insan və texnika yardımı göstərilib".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən gün Dənizli bölgəsində baş verən yanğınlar söndürülüb: "Birinci mərhələdə Azərbaycandan 100 nəfərdən ibarət şəxsi heyət təyyarə vasitəsilə, ikinci mərhələdə isə quru yolla 54 texnika, 247 nəfər şəxsi heyət Türkiyəyə gəlib. Dünən axşam Azərbaycan yanğınsöndürənləri Dənizli şəhərində Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən Buldan və Tavas istiqamətlərindəki yanğın yerlərinə göndərilib. Bu istiqamətlərin hər birinə 180 yanğınsöndürən və 50 ədəd yanğın avtomobili cəlb olunub. Mənim özüm də bu istiqamətə Mersindən hərəkət etmişəm, 2 saatdan sonra hadisə yerinə çatdıq və yanğının söndürülməsi istiqamətində fəaliyyətə başlanıldı. Demək olar ki, yanğınlardan biri saat 02:30 radələrində söndürüldü. Digəri isə bu gün səhər saatlarında məlumat verildi ki, söndürülüb. Göstərişim əsasında orada olan texnika və şəxsi heyət Muğla istiqamətində hərəkət edir".

Son xəbərlər

Orphus sistemi