Ucarda bədbəxt hadisə baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Müsüslü kəndində qeydə alınıb.
Kənd sakini, 1976-cı il təvəllüdlü Natiq Kamil oğlu Ağayev elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Məlumata görə, 4 uşaq atası olan N.Ağayevi su nasosu ilə həyətyanı sahəsini suvarmaq istəyərkən elektrik enerjisi ilə ehtiyatsız davranıb və onu cərəyan vurub.
Faktla bağlı araşdırma aparılır.