Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb

Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb Ucarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Qarabörk kənd sakini Mürvət Qarayev saxlanılıb.
Hadisə
27 İyul , 2024 09:24
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb

Ucarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Qarabörk kənd sakini Mürvət Qarayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, onun yaşadığı kəndin ərazisində yerləşən meşəlik əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 43 ədəd çətənə kolu, evindən isə marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi