Vəkil generalın oğlunun ona hücum etməsi ilə bağlı polis şöbəsində izahat verib

Vəkil generalın oğlunun ona hücum etməsi ilə bağlı polis şöbəsində izahat verib Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlunun ona məhkəmə prosesində hücum etməsi ilə bağlı polis şöbəsində izahat verib.
Hadisə
2 Sentyabr , 2021 12:20
Vəkil generalın oğlunun ona hücum etməsi ilə bağlı polis şöbəsində izahat verib
Elçin Sadıqov və Rövşən Əkbərov
0 : 00
0 : 00

Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlunun ona məhkəmə prosesində hücum etməsi ilə bağlı polis şöbəsində izahat verib.

“Report”un xəbərinə görə, bu barədə vəkilin özü sosial şəbəkədə paylaşım edib.

“Bu gün Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində izahat verdim. Ümid edirəm ki, Rövşən Əkbərovun oğlunun mənə öz vəzifələrimi icra etməyimlə əlaqədar, heç bir səbəb olmadan hücum etməsi araşdırılacaq və məsuliyyətə cəlb edilərək cəzalandırılacaq”, - E.Sadıqov bildirib.

Qeyd edək ki, sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən növbəti məhkəmə iclası zamanı R.Əkbərovun oğlu E.Sadıqova hücum edib. Bu barədə vəkilin özü sosial şəbəkədə daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə müraciət edərkən bildirib.

Son xəbərlər

Orphus sistemi