Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən şəxsə hökm oxunub Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə və soyğunçuluqda təqsirləndirilən Elgün Ocaqverdiyevə hökm oxunub.
Hadisə
26 İyul , 2024 11:15
Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə və soyğunçuluqda təqsirləndirilən Elgün Ocaqverdiyevə hökm oxunub.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə o, səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Ocaqverdiyev saxlanılaraq həmin polis şöbəsinə gətirilib. Orada üzərinə şəxsi axtarış keçirilən zaman F-1 tipli ǝl qumbarasının aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 180.1 (soyğunçuluq), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi