Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.
“Report”un Şimal bürosu xəbər verir ki, hadisə Yalama kəndində qeydə alınıb.
Belə ki, Xaçmaz rayon sakinləri - 1964-cü il təvəllüdlü Vəliaga Hacı oğlu Çobanovu və 1989-cu il təvəllüdlü Ramin Əziz oğlu Eyvazovu həmin ərazidə meyvə soyuducusunun dam örtüyünü tikən zaman elektrik cərəyanı vurub.
Hər iki şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin R.Eyvazovun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.