Xaçmaz rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Rəşidov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 10-u saat 14 radələrində Xaçmaz rayonu ərazisində Raisa Rəşidovanın aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Xaçmaz Rayon Prokurorluğunda aparılan istintaqla hadisənin zərərçəkmişin əri Rəşad Rəşidov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəşad Rəşidova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adamöldürmə) maddəsi ilə ittiham verilib.