Xaçmazda avtomobillə motosiklet toqquşub, ölən var 

Xaçmazda avtomobillə motosiklet toqquşub, ölən var  Xaçmaz rayonunda ağır yol qəzası baş verib.
Hadisə
19 İyul , 2023 00:08
Xaçmazda avtomobillə motosiklet toqquşub, ölən var 

Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Müqtədir kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində sonuncunun sürücüsü rayon sakini 1989-cu il təvəllüdlü Qaibxanov Turac Həsrətulla oğlu aldığı xəsarətlərdən yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi