Xaçmazda intihar hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Şəfəq küçəsində qeydə alınıb.
Şəhər sakini 1998-ci il təvəllüdlü, Turunc Mehman qızı Məmmədəliyeva özünü yaşadığı evdə asaraq intihar edib.
Qeyd edək ki, T.Məmmədəliyeva ailəli olub, övladı yoxdur. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xaçmazda gənc qadın intihar etdi
Hadisə
12 Sentyabr , 2020
22:35
https://static.report.az/photo/540ea387-689f-42b9-bff2-d7df2cca09b4.jpg