DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (DYP) Xaçmazda baş verən zəncirvari yol qəzası barədə məlumat yayıb.
DYP-dən "Report"a verilən məlumata görə, bu gün saat 16:30 radələrində Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Gödəkli kəndi ərazisindən keçən hissəsində Xaçmaz rayon sakini Əmirbəyov Kamil Rafik oğlunun idarə etdiyi “MİTSUBİSHİ” markalı, 27-BJ-625 dövlət qeydiyyat nişanlı avtomobillə Şabran rayon sakini Soltanov Feyruz Sudef oğlunun idarə etdiyi “FORD TRANİT” markalı, 77-SP-975 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “FORD” markalı avtomobildə olan sərnişin- azyaşlı Vəliyev Ramal Hikmət oğlu hadisə yerində həlak olub, digər avtomobildə olan sərnişin Dəmirov Fərhad Ağamurad oğlu isə xəsarət alıb.
Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Xaçmazda baş verən qəzada ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.
”Report”un Şimal bürosunun məlumatına görə, 1958-ci il təvəllüdlü Dəmirov Fərhad Ağamurad oğlu, 1958-ci il təvəllüdlü Z.Əmirbəyova və 1991-ci il təvəllüdlü Z.Soltanova müxtəlif xəsarətlərlə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəza nəticəsində birinci sinif şagirdi R.Vəliyev aldığı ağır bədən xəsarətlərindən ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xaçmaz rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol qəzası olub.
"Report"un Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, "Opel" markalı minik avtomobili hərəkətdə olan "Ford" markalı yük avtomobilinə çırpılaraq onu əks istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinin yoluna atıb.
Nəticədə bir nəfər azyaşlı ölüb, üç nəfər isə yaralanıb.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.