Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 6 qumbara, 5 alışdırıcı, 33 patron darağı, 1348 ədəd müxtəlif çaplı patron, 2 ədəd rabitə vasitəsi və digə
Hadisə
20 Aprel , 2024 10:29
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

Polis əməkdaşlar Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 6 qumbara, 5 alışdırıcı, 33 patron darağı, 1348 ədəd müxtəlif çaplı patron, 2 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi