Xankəndidə avtomat, qumbara və qumbaraatanlar tapılıb

Xankəndidə avtomat, qumbara və qumbaraatanlar tapılıb Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 20-də və 21-də Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 23 qumbara, 2 qumbaraatan, 11 alışdırıcı, 68 patron darağı, 2780 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaq və di
Hadisə
22 Aprel , 2024 10:29
Xankəndidə avtomat, qumbara və qumbaraatanlar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatanlar tapıblar.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 20-də və 21-də Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 23 qumbara, 2 qumbaraatan, 11 alışdırıcı, 68 patron darağı, 2780 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Həmçinin aprelin 20-də və 21-də polis əməkdaşlarının ölkə ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 qumbara, 1 tapança, 1 tüfəng və 4 patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi