Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 23-də Xankəndi şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 2 tüfəng, 1 qumbaraatan, 4 qumbara, 19 patron darağı, 3 mərmi, 1410 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və dig
Hadisə
24 Aprel , 2024 10:03
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 23-də Xankəndi şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 2 tüfəng, 1 qumbaraatan, 4 qumbara, 19 patron darağı, 3 mərmi, 1410 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi