Xəstəxana direktorunun cinayət işi məhkəməyə göndərildi

Xəstəxana direktorunun cinayət işi məhkəməyə göndərildi Saatlı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Səidə Şahpələngovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz hərəkətlərə yol verməsi, dövlət əmlakını mənimsəməsi, həkim və tibb işçilərinə işə gəlmədikləri halda əməkhaqqı ve
Hadisə
9 Yanvar , 2021 12:08
Xəstəxana direktorunun cinayət işi məhkəməyə göndərildi

Saatlı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Səidə Şahpələngovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz hərəkətlərə yol verməsi, dövlət əmlakını mənimsəməsi, həkim və tibb işçilərinə işə gəlmədikləri halda əməkhaqqı verməsi faktları üzrə Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Saatlı Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, istintaqla S.Şahpələngovanın Fətəlikənd kənd sahə xəstəxanasının sabiq baş həkimi Cəməsəddin Əhmədov, həmin xəstəxanada həkim stomatoloq vəzifəsinə işə qəbul olunmuş oğlu Fuad Nəbiyev və baş həkim Səidə Cəlilova ilə xeyli miqdarda pul vəsaitini mənimsənilməsinə dair razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq Cəməsəddin Əhmədov və Səidə Cəlilovaya qanunsuz göstəriş verməklə tərtib olunmuş davamiyyət tabellərində Fuad Nəbiyevə əməkhaqqı hesablanmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edərək 13 min 706 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Saatlı rayonu Qara Nuru kənd Həkim məntəqəsinin sabiq müdiri İbrahiməjdər Hüseynovun tibb bacısı Aytac Əhədova tərəfindən faktiki olaraq görülməyən işlərə görə qanunsuz olaraq əməkhaqqı köçürülməsi yolu ilə 2 min 646 manat məbləğdə pul vəsaitlərini öz qulluq mövqeyindən istifadə edərək mənimsəməsinə, Səidə Şahpələngovanın isə belə nəticənin baş verə biləcəyi imkanını görməyərək səhlənkarlıq etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında S.Şahpələngovaya Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq), Cəməsəddin Əhmədov, Səidə Cəlilova və İbrahiməjdər Hüseynova isə CM-nin 308.1 və 313-cü maddələri ilə ittiham elan edilərək, cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Törədilmiş cinayətlər nəticəsində dəymiş maddi ziyanın ödənilməsi təmin edilib.

Səidə Şahpələngova
Səidə Şahpələngova

Son xəbərlər

Orphus sistemi