Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Qarayev Orxan Elçin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol budun kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.