Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) batan 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun axtarışları başa çatıb.
FHN-dən "Report"a verilən məlumata görə, O.Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xəzər dənizində 22 yaşlı gənc batıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.