Xəzər rayonu ərazisindəki evlərin birindən kombi, 5 ədəd istilik radiatoru və təmir-tikinti aləti oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qəbələ rayon sakinləri Ə.Məsimov və M.Məmmədrəhimov saxlanılıblar.