Xəzər dənizində zəlzələ olub.
Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 04:37-də qeydə alınıb.
Zəlzələnin maqnitudası 3, dərinliyi 7 km olub.