Xızıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO

Xızıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO Xızıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 Aprel , 2023 00:34
Xızıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO

Xızıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, qəza rayonun Giləzi qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 65 yaşlı Atlan Məmmədovu “Renault” markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi