Xızıda yararlı tank mərmisi tapılıb

Xızıda yararlı tank mərmisi tapılıb Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Ağdərə kəndi yaxınlığında sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Hadisə
5 Aprel , 2022 11:37
Xızıda yararlı tank mərmisi tapılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Ağdərə kəndi yaxınlığında sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Report"a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 100 mm-lik BK-3 tank mərmisi olduğu müəyyən edilib.

Mərmi XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi