Xızıda yük avtomobili ilə traktor toqquşub, ölən var

Xızıda yük avtomobili ilə traktor toqquşub, ölən var Xızı rayonunda yol qəzası olub
Hadisə
1 Mart , 2021 12:26
Xızıda yük avtomobili ilə traktor toqquşub, ölən var

Xızı rayonunda yol qəzası olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Sitalçay kəndi ərazisində “İveco” markalı yük avtomobili və “Belarus” markalı traktorun toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri yük avtomobilindən, 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi