Yağan qar Bakı-Şamaxı-Yevlax yolunun bağlanmasına səbəb oldu

Yağan qar Bakı-Şamaxı-Yevlax yolunun bağlanmasına səbəb oldu Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax yolunun 70-ci km-dən hərəkət dayandırılıb
Hadisə
12 Mart , 2021 14:56
Yağan qar Bakı-Şamaxı-Yevlax yolunun bağlanmasına səbəb oldu

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax yolunun 70-ci km-dən hərəkət dayandırılıb.

Bu sözləri “Report”a Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev deyib.

O qeyd edib ki, hazırda həmin ərazilərdə güclü qar var, çovğunla müşayiət olunur, yollar buz bağlayıb:

“Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Bu səbəbdən də xahiş edirik ki, həmin istiqamətlərə səfər etmək istəyənlər yola çıxmasınlar”.

Son xəbərlər

Orphus sistemi