Yanvar ayının 25-də Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən 297 manat pulun oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ə.Əmrahov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxs törətdiyi əməli etiraf edərək, oğurluq yolu ilə əldə etdiyi pulları xərclədiyini bildirib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.