Yardımlıda 52 yaşlı qadın itkin düşüb - FOTO

Yardımlıda 52 yaşlı qadın itkin düşüb - FOTO Yardımlıda 52 yaşlı qadın itkin düşüb.
Hadisə
1 May , 2022 17:12
Yardımlıda 52 yaşlı qadın itkin düşüb - FOTO

Yardımlıda 52 yaşlı qadın itkin düşüb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Kürəkçi kəndində baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü kənd sakini Fərəcova Bəsirə Fazil qızı aprelin 29-da sübh vaxtı, saat 4-5 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Həmin gündən etibarən kənd ərazisində axtarışlar nəticə vermədiyindən ailə üzvləri bu barədə polis şöbəsini məlumatlandırıb.

Onu görənlərdən və ya B.Fərəcova barəsində məlumatı olanlardan “055-638-26-00” telefon nömrəsinə xəbər vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi