Bakıda 31 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Məmmədova Gülsanə Məmməd qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.