Bakıda xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Yaşadığı evin yaxınlığında yolu keçən 1994-cü il təvəllüdlü Mansurova Xəyalə Xəqani qızını avtomobil vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.