Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1997-ci il təvəllüdlü Aydəmirov Rövşən Məhərrəm oğlu motosikletdə hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.
Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.