Bakıda evdən oğurluq olub.
“Report”un xəbərinə görə, zərərçəkən Yasamal rayon sakini H.İbayevdir. Onun D.Bünyadzadə küçəsində yerləşən evindən 21 min dollar pul və 1,5 kiloqram qızıl oğurlanıb.
H.İbayev pulu və qızılları evinin zirzəmisində gizlədibmiş.
Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.