Yeni Günəşlidə avtomobil hissələri oğurlanıb, şübhəli bilinən 5 yeniyetmə saxlanılıb

Yeni Günəşlidə avtomobil hissələri oğurlanıb, şübhəli bilinən 5 yeniyetmə saxlanılıb Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində “BMW” markalı avtomobilin salonundan 3000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.
Hadisə
8 İyul , 2024 11:33
Yeni Günəşlidə avtomobil hissələri oğurlanıb, şübhəli bilinən 5 yeniyetmə saxlanılıb

Suraxanı rayon, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində “BMW” markalı avtomobilin salonundan 3000 manat dəyərində hissələr sökülərək oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 5 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi