Yevlax rayonunda dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Yevlax şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Shagman" markalı yük avtomobili "Ford Tranzit” markalı yük avtomobili ilə toqquşub.
Zərbənin təsirindən "Ford Tranzit” maşını yolun kənarında dayanan "VAZ 2107" və "VAZ 21099" markalı avtomobillərə çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, hər 4 avtomobilə ciddi ziyan dəyib.
Yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır.