Yevlaxda 25 yaşlı gənc yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Yevlaxda 25 yaşlı gənc yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 Dekabr , 2021 01:54
Yevlaxda 25 yaşlı gənc yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Hüseynli Hüseyn Mirsahib oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı əvvəlcə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi