Yevlaxda avtomobillər toqquşub, sürücülər xəsarət alıb

Yevlaxda avtomobillər toqquşub, sürücülər xəsarət alıb Yevlax şəhərinin Füzuli küçəsində 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Hadisə
2 İyul , 2023 00:20
Yevlaxda avtomobillər toqquşub, sürücülər xəsarət alıb

Yevlax şəhərinin Füzuli küçəsində 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21011" və "Daewoo Nexia" markalı avtomobillərin toqquşması nəticəsində, hər iki nəqliyyat vasitələrinin sürücüləri, 1987-ci il təvəllüdlü R.Babayev və 1986-cı il təvəllüdlü E.İsmayılov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi