Yevlaxda keçmiş məhkumu öldürən gəncə hökm oxunub

Yevlaxda keçmiş məhkumu öldürən gəncə hökm oxunub Münaqişə söyüş üstündə yaranıb
Hadisə
20 Mart , 2021 13:42
Yevlaxda keçmiş məhkumu öldürən gəncə hökm oxunub

Şəki Ağır Cinayətlər Məhkəməsində qohumunu qətlə yetirməkdə təqsirləndirilən Murad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, M.Hüseynov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2019-cu ilin iyun ayında Yevlax rayonunun Malbinəsi kəndində baş verib. Münaqişə söyüş üstündə yaranıb. 1991-ci il təvəllüdlü M.Hüseynov qohumu, əvvəllər məhkum olunmuş Nicat Hüseynovu bıçaqlayıb. N.Hüseynov Yevlax Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

M.Hüseynova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi