Yevlaxda mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alan var 

Yevlaxda mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alan var  Yevlax rayonunun Yuxarı Qarxun kəndində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.
Hadisə
12 May , 2023 11:20
Yevlaxda mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alan var 

Yevlax rayonunun Yuxarı Qarxun kəndində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Qaraoğlan kənd marşrutu xətti üzrə hərəkət edən mikroavtobus "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü, rayon sakini, 1975-ci il təvəllüdlü Sənan Kərimov xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı mikroavtobusda olan sərnişinlərdən birinə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi