Yevlaxda minik avtomobili traktorla toqquşub, xəsarət alanlar var

Yevlaxda minik avtomobili traktorla toqquşub, xəsarət alanlar var Yevlax rayonunun Gülövşə kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
24 Dekabr , 2023 16:46
Yevlaxda minik avtomobili traktorla toqquşub, xəsarət alanlar var

Yevlax rayonunun Gülövşə kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" markalı avtomobillə traktorun toqquşması nəticəsində 1965-ci il təvəllüdlü, N.Yusubova, 1970-ci il təvəllüdlü M.Qarayev və onun oğlu 2013-cü il təvəllüdlü Ü.Qarayev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi