Yevlaxda minik avtomobili yük maşınına çırpılıb, ölən vər - YENİLƏNİB

Yevlaxda minik avtomobili yük maşınına çırpılıb, ölən vər - YENİLƏNİB Yevlax rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü ilə nəticələnib.
Hadisə
23 Fevral , 2024 10:18
Yevlaxda minik avtomobili yük maşınına çırpılıb, ölən vər - YENİLƏNİB

Yevlaxda avtomobil qəzasında ölən şəxsin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax rayon Qaraoğlan kəndində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxsin Şəki rayon Böyük Dəhnə kənd sakini - 1996-cı il təvəllüdlü Elnur Şubay oğlu Abdullayev olduğu məlum olub.

Qeyd edək ki, avtoqəza E.Abdullayevin idarə etdiyi "Opel" markalı avtomobillə "Mercedes" markalı yük avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

04:54

Yevlax rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü ilə nəticələnib.

"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin yük maşınına çırpılması sonucunda minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən ölüb.

Ölən sürücünün kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi