Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un bölgə müxbirinin xəbərinə görə, hadisə Bakı - Qazax yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində avtovağzalın yanındakı 4 yolda qeydə alınıb.
Hadisə zamanı VAZ-21015 markalı avtomobillə "Mercedes-Vito" markalı avtomobil toqquşub. Gəncə istiqamətindən gələn "Mercedes-Vito", Yevlax şəhərindən çıxan VAZ 21015 avtomobili tərəfindən vurulub. Nəticədə "Vito" aşaraq bir neçə metr sürüklənib. Zərbə zamanı "Mercedes-Vito" avtomobilinin içində olan bir qadın sərnişin maşının altında qalaraq dünyasını dəyişib.