Bakıda daha bir yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrinin birində olan sərnişin 1978-ci il təvəllüdlü Nəzərova Flora Məmməd qızı bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.