Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, tədbirlər nəticəsində rayon sakinlərindən ümumilikdə 3 ədəd “İJ” və “TOZ” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Həmin şəxslər barəsində toplanmış materiallar baxılmasından ötrü rayon məhkəməsinə göndərilib.