Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.
Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, şəhərin Vidadi küçəsində yerləşən “Şirin həyat” adlı çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub. Obyekti icarə əsasında işlədən rayonun Aşağı Tala kənd sakini Orxan Ramazanov və orada olan 6 nəfər polis şöbəsinə gətirilib.
Onların hər biri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.