Zərdabda yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb - YENİLƏNİB

Zərdabda yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb - YENİLƏNİB Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
10 Avqust , 2024 09:36
Zərdabda yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb - YENİLƏNİB

Zərdab rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı üç nəfərə çatıb.

Bu barədə "Report"un yerli bürosunun sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daha sonra xəsarət almış daha bir nəfər səhər saatlarında dünyasını dəyişib, bununla da ölənlərin sayı üç nəfərə çatıb.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

00:39

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Şıxbağı kəndində qeydə alınıb.

Belə ki, “Changan” markalı minik maşını yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, qəza zamanı iki nəfər ölüb, daha beş nəfər ağır xəsarətlər alıb.

Yaralılar Zərdab rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi