Zərdabda COVID-19 xəstəsinə cinayət işi başlanılıb

Zərdabda COVID-19 xəstəsinə cinayət işi başlanılıb Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Hadisə
8 Dekabr , 2020 10:58
Zərdabda COVID-19 xəstəsinə cinayət işi başlanılıb
0 : 00
0 : 00

Xəbər verildiyi kimi, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Zərdab rayon prokurorluğundan "Report"a verilən məlumata görə, Zərdab rayon sakini 1962-ci il təvəllüdlü Hüseynov Telman Əli oğlunun “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Zərdab rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Zərdab rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi