Zərdab rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Məmmədov İnam Aslan oğlu ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına, vəziyyəti ağır olduğundan sonra isə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və qabırğalarının sınığı diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.