Zərdabda karantinə görə toy sahibləri cərimələnib

Zərdabda karantinə görə toy sahibləri cərimələnib Zərdab Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçiriblər. Tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən edilib.
Hadisə
31 Oktyabr , 2021 09:42
Zərdabda karantinə görə toy sahibləri cərimələnib

Zərdab Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçiriblər. Tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Allahqulubağı, Qoruqbağı və Sarıqaya kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibləri Ç.Abbasov, Ə.Kərimov və A.Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Son xəbərlər

Orphus sistemi