MN: "Ağdərə yaşayış məntəqəsinin atəşə tutulması barədə məlumatlar tamamilə yalandır"

MN: "Ağdərə yaşayış məntəqəsinin atəşə tutulması barədə məlumatlar tamamilə yalandır" Müdafiə Nazirliyindən bildirilib
Hərbi
20 Sentyabr , 2023 10:37
MN: Ağdərə yaşayış məntəqəsinin atəşə tutulması barədə məlumatlar tamamilə yalandır

Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi