“Anadolu Qartalı – 2021” taktiki-uçuş təlimində şərti düşmənin hava hədəfinin məhv edilməsi əməliyyatı keçirilib

“Anadolu Qartalı – 2021” taktiki-uçuş təlimində şərti düşmənin hava hədəfinin məhv edilməsi əməliyyatı keçirilib Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir. Beynəlxalq taktiki-uçuş təlimdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin
Hərbi
26 İyun , 2021 12:11
“Anadolu Qartalı – 2021” taktiki-uçuş təlimində şərti düşmənin hava hədəfinin məhv edilməsi əməliyyatı keçirilib

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Beynəlxalq taktiki-uçuş təlimdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava hədəfinin aşkarlanması, taktiki qaydalarla önlənməsi, nəzarətə götürülməsi və məhv edilməsi məqsədilə hava döyüşünün yerinə yetirilməsi əməliyyatını icra edib.

Hərbi pilotlarımız qarşıya qoyulan tapşırığı uğurla icra edib və şərti düşmənin hava hədəfi məhv edilib.

Təlim iyulun 3-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi